SOSİUM

Ötən il 281,4 min yeni iş yeri açılıb
23 FEVRAL
194

Ötən il 281,4 min yeni iş yeri açılıb

2018-02-23 12:52:00

Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 2014-cü il yanvarın 1-dən bu il yanvarın 1-dək olan dövr ərzində ümumilikdə 721,2 min olmaqla 530,4 min daimi iş yerləri yaradılıb.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, 2017-ci il ərzində ölkədə 281,4 min yeni, o cümlədən 179,3 min daimi iş yeri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 61 faizi qeyri-dövlət sektorunda açılıb.

Yeni iş yerlərinin 24,4 faizi Bakı şəhərinin, 0,9 faizi Naxçıvan Muxtar Respublikasının, 74,7 faizi regionların, o cümlədən 34,1 faizi Aran, 10,2 faizi Gəncə-Qazax, 10,1 faizi Lənkəran, 5,4 faizi Abşeron, 5,3 faizi Yuxarı Qarabağ, 3,4 faizi Şəki-Zaqatala, 3 faizi Quba-Xaçmaz, 2,9 faizi Dağlıq Şirvan, 0,3 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb. Daimi iş yerlərinin 10,3 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 14,3 faizi mövcud müəssisə və təşkilatlarda, 1,2 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 74,2 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb.

Hüquqi şəxslər tərəfindən yaradılmış daimi iş yerlərinin 22,2 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 21,3 faizi tikinti, 10,7 faizi emal sənayesi, 7,9 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 5,4 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 4,2 faizi peşə, elmi və texniki fəaliyyət, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 14 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

Bununla yanaşı, 2017-ci il ərzində ölkədə 47,6 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 81,6 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 70,1 faizi fərdi sahibkarlıq subyektlərinin, 12,1 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 17,8 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258