SOSİUM

Dövlət qulluğuna qəbul üçün müsahibəyə qeydiyyat bu gün başa çatır
23 FEVRAL
234

Dövlət qulluğuna qəbul üçün müsahibəyə qeydiyyat bu gün başa çatır

2018-02-23 10:54:00

26 yanvar 2018-ci il tarixdə elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elanlarına qeydiyyat bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən Fins.az-a verilən məlumata görə, Təhsil Nazirliyi rayon təhsil şöbələrində inzibati vəzifələrin 7-ci təsnifatına uyğun olan icraçı vəzifələr üzrə (B növü) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsinə qeydiyyat bu gün saat 18:00-dək davam edəcək.

Təhsil Nazirliyi rayon təhsil şöbələrində inzibati vəzifələrin 7-ci təsnifatına uyğun olan 189 vakant icraçı vəzifəsinə (B növü) qəbul üçün 23 fevral saat 10:30‑a olan məlumata əsasən, 112 müraciət qeydə alınmışdır. 1 yerə düşən ərizələrin orta sayı 0.59-dur. 94 vakant vəzifə üzrə heç bir müraciət qeydə alınmayıb. Müsahibə elanı və müsabiqə vəziyyəti ilə ətraflı buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edə bilər.

Elan olunmuş müsahibələrdə iştirak üçün müraciət qeydə alınmayan, eləcə də digər vakant vəzifələrin tutulması üçün yaxın günlərdə yenidən müsahibə elanları veriləcəkdir.

Sertifikat əldə etmiş, həmçinin 18 fevral 2018-ci il tarixində keçirilən dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanından uğur əldə edənlər də müsahibələrdə iştirak üçün qeydiyyatdan keçə bilərlər. Elektron bazada namizəd haqqında məlumat olduqda qeydiyyat zamanı fiziki olaraq sertifikat tələb olunmur. Namizədlər məlumatların bazaya daxil edilməsi üçün https://eservices.dim.gov.az/dqq/Xidmet/CertReg keçidinə daxil olaraq müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

ali təhsil haqqında sənədin surəti;

əmək kitabçasının surəti (olduğu halda).

Müsahibə elanlarında hər bir vəzifə üzrə ətraflı məlumat, müsahibədə iştirak etmək hüququ verən sertifikat, müsahibə proqramı və digər zəruri məlumatlarla tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253