SOSİUM

Dövlət qulluğuna qəbul üçün qeydiyyatdan keçən namizədlərlə müsahibələr başlayıb
22 FEVRAL
154

Dövlət qulluğuna qəbul üçün qeydiyyatdan keçən namizədlərlə müsahibələr başlayıb

2018-02-22 10:21:00

 Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 11-də elan edilən dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçən namizədlərlə müsahibələrin keçirilməsinə başlayıb.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

DİM-dən Fins.az-a verilən məlumata görə, müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə, Şəki, Şirvan, Lənkəran regional bölmələri, Quba regional “ASAN” xidmət mərkəzi daxil olmaqla 15 müxtəlif ünvanda təşkil edilib.

Gün ərzində keçirilməsi nəzərdə tutulan 107 müsahibədən 65-i baş tutub, 42 namizədlə müsahibə isə onların gəlməməsi səbəbindən keçirilməyib. Müsahibədə iştirak edən namizədlərdən 23-ü iddia etdiyi vəzifəyə uyğun hesab edilib, 1 nəfərin nəticəsi isə prezidentin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli fərmanı ilə təsdiq edilən “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın 5.6-cı hissəsinə əsasən etibarsız hesab edilib.

Digər 3 bölgədə (Mingəçevir, Göyçay və Bərdə) müsahibələrin keçirilməsinə yaxın günlərdə başlanılacaq. 

Mərkəzdən bildirilib ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Xüsusilə müsahibələr ilk dəfə olaraq regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar.

DİM namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.

Müsahibələrdə iştirak etmək istəməyən namizədlər müsahibə tarixinə 1 gün qalmış, səhər saat 10:00-dək müraciətlərini buradan ləğv etməlidirlər.

Martın 16-dək keçiriləcək müsahibələrin qrafiki ilə DİM¬-in internet saytından tanış ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267