SOSİUM

Azərbaycanda təbiət hadisəsi baş verib - Kiçik çillə çıxdı
21 FEVRAL
197

Azərbaycanda təbiət hadisəsi baş verib - Kiçik çillə çıxdı

2018-02-21 10:20:00

Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, bu gündən - fevralın 21-dən martın 20-dək Azərbaycan ərazisində qışın son çağı  - “boz ay” başlayıb.
Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: böyük çillə 40 gün, kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruzadək qalan 30 gün 
boz ay adlanır. 
Xalq təqvimi ilə dekabrın 21-dən yanvarın 31-dək böyük çillə, yanvarın 31-dən fevralın  20-dək kiçik çillə, fevralın 2
1-dən martın 20-dək boz ay davam edir. 
Martın 20-də daha bir təbiət hadisəsi - yaz gecə-gündüz bərabərliyi baş verəcək və bahar fəsli başlayacaq. 
Fins.az-ın məlumatına görə, bu il Novruz çərşənbələri fevralın 27-dən başlayacaq. AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, fevralın 27-də Su, martın 6-da Od, martın 13-də Hava (Yel), martın 20-də isə Torpaq çərşənbəsi qeyd olunacaq. B u il axırıncı çərşənbə baharın gəlişi ilə eyni günə təsadüf edəcək.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Yaz fəsli Azərbaycana martın 20-də Bakı vaxtı ilə saat 20:15-də daxil olacaq.

Dədə-babalarımız həmişə bu təqvimə uyğun davranıblar...

© Modern.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272