SOSİUM

Dövlət qulluğu imtahanında iştirak etmiş namizədlərin yaş və gender statistikası açıqlanıb
21 FEVRAL
430

Dövlət qulluğu imtahanında iştirak etmiş namizədlərin yaş və gender statistikası açıqlanıb

2018-02-21 09:57:00

Dövlət İmtahan Mərkəzi 18 fevral 2018-ci ildə inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə keçirilən imtahanda iştirak etmiş namizədlərin yaş kateqoriyası və gender aspektləri haqqında statistik məlumatları açıqlayıb.

Mərkəzdən Fins.az-a verilən məlumata görə, qeydiyyatdan keçən namizədlərin 970 nəfəri kişi, 567 nəfəri isə qadın olub. Qeydiyyatdan keçən namizədlərdən kişilər üzrə 833 nəfər (qeydiyyatdan keçənlərin 86%-i), qadınlar üzrə isə 512 nəfər (qeydiyyatdan keçənlərin 90%-i) 20-34 yaş intervalında olanlardır. Ən yuxarı yaş qrupu (60-64 yaş intervalı) üzrə qeydiyyatdan keçənlərin 3-ü kişi 1-i isə qadındır. Lakin yuxarı yaş intervalına aid kişi və qadın namizədlərin heç biri imtahanda uğur qazana bilməyib. Ümumiyyətlə, imtahanda iştirak edən 45 yaşdan yuxarı namizədlərdən yalnız 1 nəfəri imtahanı uğurla keçib.

Ümumilikdə imtahanda müvəffəqiyyət əldə edən kişi və qadınların 152 nəfəri (75 kişi və 77 qadın), 20‑24 yaş intervalında olan namizədlərdir. 25-29 yaş intervalında isə 235 nəfər (150 kişi və 85 qadın) lazım olan balı toplaya bilib. Cədvəldən də göründüyü kimi imtahanda uğur qazanan namizədlərin 450 nəfəri, yəni təqribən 96%-i yaşı 34-ə qədər olan insanlardır. 35-64 yaş intervalında olan və imtahanı uğurla keçən namizədlərin sayı cəmi 16 nəfərdir.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1537 namizəddən 466 nəfəri (30.3%) müvəffəqiyyət əldə edib.

Test imtahanını uğurla vermiş şəxslər müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Hazırda 26 yanvar, 7 və 8 fevral tarixlərində elan olunmuş müsahibələrə isə qeydiyyat davam edir. 26 yanvar tarixində elan olunmuş müsahibədə Təhsil Nazirliyi rayon təhsil şöbələrində inzibati vəzifələrin 7-ci təsnifatına uyğun olan icraçı vəzifələr üzrə 189 vakant yer, 7 fevral tarixində elan olunmuş müsahibədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan 518 vakant yer, 8 fevral tarixində elan olunmuş müsahibədə isə 11 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan icraçı vəzifələr üzrə 193 vakansiya təqdim olunmuşdur. Bu imtahandan uğur qazanan və sertifikat əldə edən şəxslər həmin vakant vəzifələr üzrə müsahibələrdə iştirak edəcəklər.

Digər statistik məlumatlarla aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz:

Ümumi məlumat

Yaş intervalı

Qeydiyyatdan keçmişdir

Test imtahanından uğurla keçib

Faizlə (%)

 
 
 

20-24

407

152

37.3

 

25-29

671

235

35.0

 

30-34

267

63

23.6

 

35-39

97

9

9.3

 

40-44

47

6

12.8

 

45-49

18

1

5.6

 

50-54

12

0

0.0

 

55-59

14

0

0.0

 

60-64

4

0

0.0

 

Cəmi:

1537

466

30.3

 

Kişi və qadınlar üzrə məlumat

Cinsi

Yaş intervalı

Qeydiyyatdan keçmişdir

Test imtahanından uğurla keçib

Faizlə (%)

 
 
 

Kişi

20-24

234

75

32.1

 

Kişi

25-29

433

150

34.6

 

Kişi

30-34

166

42

25.3

 

Kişi

35-39

67

4

6.0

 

Kişi

40-44

33

 

4

12.1

 

Kişi

45-49

12

0

0.0

 

Kişi

50-54

10

0

0.0

 

Kişi

55-59

12

0

0.0

 

Kişi

60-64

3

0

0.0

 

Kişilər üzrə cəmi:

970

275

28.4

 

Qadın

20-24

173

77

44.5

 

Qadın

25-29

238

85

35.7

 

Qadın

30-34

101

21

20.8

 

Qadın

35-39

30

5

16.7

 

Qadın

40-44

14

2

14.3

 

Qadın

45-49

6

1

16.7

 

Qadın

50-54

2

0

0.0

 

Qadın

55-59

2

0

0.0

 

Qadın

60-64

1

0

0.0

 

Qadınlar üzrə cəmi:

567

191

33.7

 

Yekun:

1537

466

30.3

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258