SOSİUM

Altı yaşı tamam olmayan uşaqlar birinci sinfə necə gedəcəklər?
20 FEVRAL
323

Altı yaşı tamam olmayan uşaqlar birinci sinfə necə gedəcəklər?

2018-02-20 17:01:00

Altı yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan, xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (qanuni nümayəndələrinin) elektron ərizələrinin qeydiyyatı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrinə fevralın 22-dən iyunun 20-dək aparılacaq.

BŞTİ-dən bildiriblər ki, Gəncə şəhər Təhsil İdarəsinin, Sumqayıt şəhər Təhsil Şöbəsinin və Abşeron rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinə qeydiyyat isə martın 12-dən iyunun 20-dək aparılacaq.

“Xüsusi istedada malik uşaqların vaxtından əvvəl birinci sinfə qəbulu Qaydaları”na əsasən, altı yaşı tamam olmayan uşaqların birinci sinfə qəbulu iyun-iyul aylarında müsahibə üsulu ilə həyata keçiriləcək.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258