SOSİUM

Məşhur “Qızıl adam” Azərbaycana gətiriləcək – FOTO
20 FEVRAL
290

Məşhur “Qızıl adam” Azərbaycana gətiriləcək – FOTO

2018-02-20 14:41:00

Tarixdə ilk dəfə olaraq Azərbaycana Qazaxıstan zərgərlik sənətinin nümunəsi olan “Qızıl adam”ın geyimi gətiriləcək.

Milli Azərbaycan Tarixi Muzeyindən verilən məlumata görə, Qazaxıstan Respublikası Milli Muzeyi ilə olunmuş razılaşmaya əsasən, 2018-ci ilin may- iyun aylarında Bakıda “Böyük Çölün irsi: zərgərlik sənətinin şedevrləri” adlı sərgi keçiriləcək.

Tarixdə ilk dəfə olaraq Azərbaycana Qazaxıstan zərgərlik sənətinin 140-a yaxın nümunəsi, o cümlədən “Qızıl adam”ın tam geyimi gətiriləcək:

"Qazaxıstan Respublikasının simvollarından biri “Qızıl adam” adı ilə tanınan tamamilə qızıldan düzəldilmiş paltar geymiş sak döyüşçüsüdür. 1969-cu ildə Qazaxıstan arxeoloqu Kamal Akişev tərəfindən aşkar edilmiş “Qızıl adam” bəşəriyyətə qədim türk tayfalarının unikal mədəniyyətinin yeni səhifəsini açdı. Döyüşçü ilə birlikdə qiymətli metallardan düzəldilmiş minlərlə əşya, geyim elementləri, məişət əşyaları, runik yazı farqmentləri aşkar olunub. 2017-ci ilə qədər Qazaxıstan arxeoloqları qızıl geyimli daha yeddi belə döyüşçü aşkar edib ki, bu da Avrasiyanın çöl mədəniyyəti haqqında təsəvvürləri tam dəyişib".

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259