SOSİUM

Bakıda Novruz konserti keçiriləcək
20 FEVRAL
225

Bakıda Novruz konserti keçiriləcək

2018-02-20 14:32:00

Martın 24-də Heydər Əliyev Sarayında “Bayramlar gözəli, Novruz bayramı” adlı bayram konserti keçiriləcək.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Sarayın mətbuat xidmətindən verilən məlumata görə, hər il olduğu kimi Novruzun sevilən personajları Kosa və keçəl, Bahar qız şənliyin əsas simaları olacaqlar.  

Sevimli qəhrəmanlar uşaqlara Novruz bayramı, baharın gəlişi, Novruz çərşənbələri və digər adət-ənənələr haqda məlumat verəcək, müxtəlif oyunlar keçirəcəklər.

Bundan əlavə, uşaqlar Keçəl və Kosanın məzəli deyişmələrindən ibarət səhnəcikləri, rəqs kollektivlərinin ifasında milli və müasir rəqsləri, illüziya şousunu, musiqili qonaqların çıxışını və ilk dəfə olaraq səhnədə kəndirbazın çıxışını izləyə biləcəklər.

Saat 13:00-da başlayacaq konsertin biletlərinin qiyməti 6-25 manat təşkil edir.

Biletləri Heydər Əliyev Sarayının kassasından, iticket.az saytından onlayn, şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar. 

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267