SOSİUM

Аzərbaycanda demoqrafik vəziyyət
20 FEVRAL
293

Аzərbaycanda demoqrafik vəziyyət

2018-02-20 09:50:00

Ötən il ölkə əhalisinin sayı 88104 nəfər və ya 0,9 faiz artaraq 2018-ci il yanvar ayının 1-nə 9 milyon 898 min 85 nəfərə çatmışdır. Əhalinin 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinləridir. Dövlət Statistika Komitəsindən verilən məlumatda deyilir ki, 2018-ci il yanvarın 1-i vəziyyətinə ölkə əhalisinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,8 faizi Bakı şəhərində, 20,3 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 30 faizi isə digər iqtisadi rayonlarda yaşayır. Bir kvadrat kilometrə düşən əhalinin sayı Bakı şəhərində 1057, Lənkəran iqtisadi rayonunda 153, Abşeron iqtisadi rayonunda 152 nəfər təşkil etmişdir. Bu, ölkə üzrə orta göstəricidən (114) yüksəkdir. 2017-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 144041 nəfər və ya hər gün orta hesabla 395 körpə doğulması qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə 14,8 təşkil etmişdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,8 faiz təşkil etmişdir. Ötən il ölkədə 57 min 109 ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil etmişdir. 2017-ci ildə ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 62 min 923 nikah və 14 min 514 boşanma halları qeydə alınmış, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,5, boşanmaların sayı isə 1,5 olmuşdur. 2017-ci ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 3 min 073 nəfər gələn və 1901 nəfər ölkədən gedən qeydə alınmış, miqrasiya saldosu müsbət 1172 nəfər təşkil etmişdir.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267