SOSİUM

Daha 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürüldüyü təsdiqləndi - ADLAR
18 FEVRAL
1823

Daha 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürüldüyü təsdiqləndi - ADLAR

2018-02-18 17:05:00

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasda aprelin 11-ə təyin edilmiş növbədənkənar prezident seçkilərində iştirak etmək istəyən daha 7 nəfərin  namizədliyinin irəli sürülməsinin təsdiqi məsələsinə baxıb.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Fins.az-ın məlumatına görə, iclasda prezidentliyə namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Həsənquliyevin, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Asif Məmmədovun, prezidentliyə namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülmüş Fərəc Quliyevin, prezidentliyə namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülmüş Razi Nurullayevin, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Elşən Həsənovun, prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Əlizadənin, prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş Hafiz Hacıyevin namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi məsələsinə baxılıb.

İclasda qeyd olunub ki, yuxarıda adları qeyd olunan şəxslərin prezidentliyə namizədliklərinin irəli sürülməsinin təsdiq edilməsi üçün hüquqi əsaslar mövcuddur. Daha sonra onların hər birinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması məsələsi ayrı-ayrılıqda səsə qoyulub və təsdiq edilib.

Daha sonra prezidentliyə namizədliyi irəli sürülmüş şəxslərin səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb və təsdiqlənib.

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9817
  • ₽ RUB
    0.0273