SOSİUM

“Azəriqaz” “ASAN Xidmət” vasitəsilə 21,7 min istehlakçıya xidmət edib
14 FEVRAL
223

“Azəriqaz” “ASAN Xidmət” vasitəsilə 21,7 min istehlakçıya xidmət edib

2018-02-14 14:54:00

 Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2018-ci ilin yanvar ayı ərzində ölkə ərazisində fəaliyyət göstərən “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

Fins.az bu barədə “Azəriqaz”a istinadən xəbər verir.

Məlumata görə, Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4 və 5 saylı “ASAN Xidmət” mərkəzlərinə və “ASAN Səyyar” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında, həmçinin Gəncə şəhərində yerləşən “ASAN Xidmət” mərkəzlərinə ümumilikdə 21 658 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin olunub.

“İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə İstehsalat Birliyi bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək”, - məlumatda qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259