SOSİUM

“ARB Media Qrup” ilin televiziyası seçildi
13 FEVRAL
307

“ARB Media Qrup” ilin televiziyası seçildi

2018-02-13 16:00:00

Biznes sahəsində 2017-ci ilin yekunları üzrə "Azeri Business Award" milli mükafatının təqdimetmə mərasimi baş tutub.

2009-cu ildən fəaliyyətinə görə seçilən şirkətlərə təqdim olunan "Azeri Business Award" bu il ilk dəfə olaraq dövlət qrumuna, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinə də təqdim olunub. 

Təltif olunanlar siyahasında Azərbaycanın aparıcı şirkətləri, xarici şirkətlər, işgüzar insanlar, həmçinin Qətərin Azərbaycandakı səfiri də yer alıb.

İlin televiziyası laureyatı ilə "Azeri Business Award" mükafatına layiq görülən "ARB Media Qrup", 1 ildir ki, fəaliyyət göstərir. Buna baxmayaraq həm yerli, həm də xarici şirkətlərlə əməkdaşlıq edən ARB-nin, 2017-ci ildə ölkə üzrə izləyici sayı 7%-ə çatıb


Bu mükafat milli biznesin yeni simasını formalaşdıran ən parlaq və dinamik iştirakçılara təqdim edilir. Qaliblərin müəyyən edilməsində əsas amil kimi, namizədlərin fəaliyyətlərindəki artım tempi götürülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260