SOSİUM

Nazirlər Kabineti Bayılda sürüşmə sahəsi ilə bağlı yekun qərarın nə zaman veriləcəyini açıqlayıb
13 FEVRAL
158

Nazirlər Kabineti Bayılda sürüşmə sahəsi ilə bağlı yekun qərarın nə zaman veriləcəyini açıqlayıb

2018-02-13 12:48:00
Akif Əli: “Nazirlər Kabinetinin qəbul edəcəyi qərar sakinlərin mənafeyinə olacaq”

“Bayıl yamacındakı sürüşmə sahəsində tədqiqatlar davam edir, mütəmadi olaraq bu barədə Baş nazirə məlumat verilir və müvafiq tədbirlər görülür”.

Bunu  açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib.

Akif Əli deyib ki, məsələ ilə bağlı Nazirlər Kabinetinin qəbul edəcəyi qərar sakinlərin mənafeyinə uyğun olacaq, qərar əhalin razı salacaq qaydada icra olunacaq: “Bayıl yamacında baş verən təbii fəlakət, təbiət hadisəsidir. Hazırda ərazi hökumətin nəzarətindədir, müvafiq addımlar atılır. İndiki halda Bayıl yamacında sürüşmə prosesi davam edir. Ona görə də həmin ərazidə hansı sahələrdə neçə evin təhlükə ilə üzləşdiyini, hansı sayda sakinin həmin evlərdən köçürülməli olacağını proqnozlaşdırmaq mümkün deyil. Sürüşmə sahəsində prosesin tam əhatə dairəsinin müəyyənləşməsindən, bu barədə müvafiq qurumların rəylərinin təqdim edilməsi prosesinin yekunlaşmasından, sürüşmə sahəsində vəziyyət tam aydın olandan sonra Nazirlər Kabineti müvafiq qərar verəcək. Əhali bir qədər səbirli olmalıdır. Burada tələsik addım atmaq olmaz.

Fevralın 10-da sürüşmə prosesinin aktivləşməsi, bir neçə evin uçması da buna sübutdur.

Əsas odur ki, sürüşmə zonasında proses dayansın, tədqiqat işləri yekunlaşsın, situasiya tam aydınlaşsın. Ərazidə vəziyyətlə bağlı daim Nazirlər Kabinetinə məlumatlar təqdim olunur, bu məlumatlar baş nazirə çatdırılır və anında müvafiq addımlar atılır. Ona görə də əhali narahat olmasın. Nazirlər Kabinetinin hər bir qərarı həm təhlükəsizlik, həm yerləşdirilmə, həm gələcək həyat şəraitinin lazımi formada təmin olunması istiqamətində əhalinin mənafeyinə uyğun olacaq”.

Qeyd edək ki, “Teleqüllə” sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Fevralın 10 baş verən son sürüşmə prosesi zamanı 4 ev tam, 1 ev qismən dağılıb. Sürüşmə sahəsində 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yaranıb.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0069
  • ₽ RUB
    0.0273