SOSİUM

Sabaha olan – HAVA PROQNOZU
13 FEVRAL
165

Sabaha olan – HAVA PROQNOZU

2018-02-13 12:27:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin fevralın 14-nə olan məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

 arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər arabir güclənən şimal küləyi əsəcək.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, gündüz qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-4, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Fevralın 14-də Abşeron yarımadasında yağışlı və arabir güclənən küləkli hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsiz olsa da, fevralın 15-16-da meteoroloji amillərin normal sutkalıq gedişi müsbət amildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277