SOSİUM

Həcc ziyarətinin qiyməti – AÇIQLANDI
12 FEVRAL
313

Həcc ziyarətinin qiyməti – AÇIQLANDI

2018-02-12 10:13:00
Həcc ziyarətinin  qiyməti 4150 dollar müəyyənləşdirilib

Sabahdan Azərbaycanda bu ilki Həcc ziyarəti ilə bağlı sənədlərin qəbuluna start verilir.

APA-nın məlumatına görə, fevralın 12-dən Həcc ziyarətində iştirak etmək istəyən zəvvarlar Qafqaz Müsəlmanları İdarəsinə (QMi) pasport (biometrik), şəxsiyyət vəsiqəsinin surəti, 4Х6 ölçülü 4 ədəd şəkil (qadınlar başı örtülü), sağlamlıq haqqında arayışı təqdim etməlidirlər.

Eyni zamanda bu ilki Həcc ziyarətinin qiyməti də məlum olub. Bu il ötənilki kimi iki variantda deyil, bir varianta həcc ziyarəti üçün qiymət müəyyənləşib. Həcc ziyarətinin  qiyməti 4150 dollardır.

QMİ-də xəbəri təsdiqləyiblər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253