SOSİUM

Bu rayonun bir hissəsinin telefon rabitəsində problem yaranıb
08 FEVRAL
325

Bu rayonun bir hissəsinin telefon rabitəsində problem yaranıb

2018-02-08 18:48:00

Lənkəran rayonunun Mikrorayon ərazisində yaşayan sakinlərin yanvar ayının 27-dən etibarən şəhərdaxili telefon rabitəsində problem yaranıb. Fins.az APA-ya istinadən xəbər verir ki, aylıq ödəniş etməklərinə baxmayaraq, həmin sakinlərin telefon rabitəsi hələ də bərpa olunmayıb. Nəticədə 400-ə yaxın abonent şəhərdaxili telefondan istifadə edə bilmir. Lənkəran Telekommunikasiya Qovşağından isə məsələnin texniki problemlə bağlı olduğu bildirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC-dən “APA-Economics”ə verilən məlumata görə, gələn həftənin bazar ertəsi bu problem həllini tapacaq.

“Telefon rabitəsindən yaranan problem texniki məsələlər ilə bağlıdır. Bildiyiniz kimi bizim böyük xətt şəbəkəmiz var və hal-hazırda köhnə nəsil avadanlıqların hamısı yeni texnologiyaları dəstəkləyən avadanlıqlarla əvəz olunur. Müvəqqəti narahatlığa görə, həmin abunəçilərdən də üzr istəyirik. Xidmətin göstərilmədiyi vaxtlara görə isə həmin abunəçilərə güzəştlər ediləcək. Hal-hazırda əməkdaşlarımız yaranmış problemin aradan qaldırılması üçün çalışırlar”, - deyə “Aztelekom” MMC-dən bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253