SOSİUM

Azərbaycanda 101 təhsil müəssisəsi qazlaşdırılacaq
07 FEVRAL
119

Azərbaycanda 101 təhsil müəssisəsi qazlaşdırılacaq

2018-02-07 11:13:00

2018- ci ildə 2 peşə təhsili müəssisəsinin, 12 məktəb, lisey və gimnaziyanın əsaslı təmiri nəzərdə tutulur.

Bu barədə Təhsil Nazirliyindən verilən məlumatda deyilib.

Bildirilib ki, həmçinin 2018-ci ildə 14 məktəb və liseyin, “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialının tikintisi baş tutacaq.

Nazirlikdən təhsil müəssisələrinin qazlaşdırılması barədə də söhbət açılıb.

“40 rayon üzrə 101 təhsil müəssisəsində qazlaşdırma işlərinin aparılması və 41 rayonda 137 modul tipli məktəbin inşa olunması, 12 rayon əhatə olunmaqla 13 təhsil müəssisəsinin açılışı nəzərdə tutulur”.

© Modern.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276