SOSİUM

UNİCEF: Uşaqları onlayn təhlükədən qorumaq üçün təcili tədbirlər görülməlidir
06 FEVRAL
142

UNİCEF: Uşaqları onlayn təhlükədən qorumaq üçün təcili tədbirlər görülməlidir

2018-02-06 16:27:00

Hər gün 175 000-dən çox uşaq-hər yarım dəqiqədən bir yeni bir uşaq ilk dəfə olaraq onlayn mühitə daxil olur.

UNİCEF-in Azərbaycan nümayəndəliyindən verilən xəbərə görə, Azərbaycanda əhalinin ən azı üçdə birinin hazırda internetə çıxışı var və internet istifadəçilərinin yarıdan çoxu 16-24 yaşlarındadır.

UNİCEF-in məlumatlar, tədqiqat və siyasət məsələləri üzrə direktoru Lorens Şandinin sözlərinə görə, hər gün minlərlə uşaq ilk dəfə olaraq onlayn mühitə daxil olur ki, bu da uşaqları sadəcə təqdir etdiyimiz, aradan qaldırılmasına müdaxilə etmədiyimiz təhlükə axınına məruz qoyur. Hökumətlərin və özəl sektorun ən qorxunc onlayn riskləri aradan qaldırmaq üçün siyasət və yanaşmalar hazırlanması sahəsində müəyyən irəliləyiş əldə etmələrinə baxmayaraq, uşaqların onlayn həyatlarını tam şəkildə anlamaq və qorumaq üçün daha çox səy göstərilməlidir.

L. Şandi deyib ki, getdikcə daha kiçik yaşlı uşaqlar internetə qoşulduqları üçün onların onlayn mühitdə təhlükəsizliyinə dair ciddi müzakirələrin aparılması qaçılmaz olur.

Dünyada hər 3 internet istifadəçisindən biri uşaqdır və “Dünyada uşaqların vəziyyəti, 2017: Uşaqlar rəqəmli dünyada” adlı hesabatda deyildiyi kimi, uşaqları rəqəmsal dünyanın təhlükələrindən qorumaq, onların təhlükəsiz və keyfiyyətli onlayn materiallardan istifadəsini artırmaq üçün indiyədək görülən işlər azdır.

Hesabatda izah edilir ki, rəqəmsal dünyada uşaqları qoruma vəzifəsi hökumətlər, ailələr, məktəblər və digər institutlar daxil olmaqla, hər kəsin üzərinə düşür. Eyni zamanda sənəddə qeyd edilir ki, özəl sektor (xüsusilə, texnologiya və telekommunikasiya sənayesində) uşaqlar üçün rəqəmli texnologiyanı formalaşdırmaqla bağlı ciddi və unikal vəzifə – indiyədək kifayət qədər ciddi qəbul olunmamış vəzifə daşıyır. Məlumatlara və şəxsi həyatın təhlükəsizliyinə dair ümumsənaye etik standartlarını, həmçinin onlayn mühitdə olan uşaqlara fayda verən və onları qoruyan digər təcrübələri inkişaf etdirmək üçün özəl sektorun gücü və təsiri gücləndirilməlidir.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9978
  • ₽ RUB
    0.0273