SOSİUM

Son bir ildə 12 mindən çox şəxsə sosial xidmət göstərilib
12 YANVAR
144

Son bir ildə 12 mindən çox şəxsə sosial xidmət göstərilib

2018-01-12 11:55:00

2017-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət müəssisələrində 1080 nəfər şəxs  tam dövlət təminatında olmaqla, stasionar şəraitdə sosial xidmətlərlə təmin ediliblər.

Nazirlikdən Fins.az-a verilən məlumata görə, onlardan 330 nəfəri sağlamlıq imkanları məhdud uşaqlar, qalanları isə 18 yaşdan yuxarı şəxslərdir.

“Son illərdə sosial xidmət müəssisələrində təminat səviyyəsi daha da yaxşılaşdırılıb, bu müəssisələrdə, həmçinin Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 və 2 saylı sosial xidmət müəssisələrində müasir tələblərə uyğun yaşayış və xidmət şəraiti yaradılıb. Ötən il evlərində tək yaşayan və yaşadıqları rayonda (şəhərdə) qanunla onları saxlamağa borclu övladları, yaxud valideynləri olmayan tənha ahıl və əlil vətəndaşlardan ibarət 11 min nəfər Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti rayon (şəhər) şöbələrinin sosial işçiləri tərəfindən səyyar formada sosial-məişət xidmətləri ilə təmin olunublar. Onlardan 8 700 nəfərini  yaşı 70-dən yuxarı olan tənha ahıl insanlar, qalanlarını isə əlilliyi olan şəxslər təşkil edib. Sosial işçilər qanunvericilikdə nəzərdə tutulmuş qaydada tənha ahıl və əlil şəxslərin evlərində olaraq onlara təmizlik işlərinin aparılmasında, zəruri ərzaq, sənaye və məişət əşyalarının alınması və s. işlərdə köməklik göstəriblər”, - deyə məlumatda vurğulanıb.

2017-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri əsasında qeyri-hökumət təşkilatları tərəfindən icra olunan layihələr üzrə isə 4100 nəfər çətin həyat şəraitində olan uşaq reabilitasiya yönümlü sosial xidmətlərə cəlb olunub. Həyata keçirilən layihələr çərçivəsində həmin uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, onların və ailələrinin sosial xidmətlərə çıxışının təmin edilməsi yönündə müvafiq işlər aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276