SOSİUM

Yeni Günəşlidən keçən tektonik qırılma xətti genişlənib
11 YANVAR
233

Yeni Günəşlidən keçən tektonik qırılma xətti genişlənib

2018-01-11 12:41:00

“Yeni Günəşli qəsəbəsində, Günəşli yaylası “Döngə 1” və “Döngə 2” ünvanlarını kəsib keçən tektonik qırılma xəttinin, yer qatında olan çatların genişlənməsi müşahidə edilir”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Dəstə rəisinin sözlərinə görə, buna səbəb texnogen və təbii amillər olub: “Yeni Günəşlidə qəsəbəsində, Günəşli yaylası “Döngə 1” və “Döngə 2” ünvanlarından tektonik qırılma xətti keçir. Tektonik qırılma xətti Zığ qəsəbəsinin üst hissəsindən Qum adası istiqamətində uzanır. Hazırda tektonik qırılma xəttinin, yer qatında olan çatların genişlənməsi müşahidə olunur. Bu isə yol infrastrukturuna, ətrafdakı tikililərə mənfi təsir göstərir”.

R. Həsənov qeyd edib ki, yağışların təsirindən prosesin dinamikasında aktivlik proqnozlaşdırılır.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276