SOSİUM

“ABAD”ın daha bir sərgi-satış mərkəzi açıldı
10 YANVAR
191

“ABAD”ın daha bir sərgi-satış mərkəzi açıldı

2018-01-10 11:10:00

ABAD”ın yeni, sayca 6-cı sərgi-satış mərkəzi fəaliyyətə başlayıb. Yeni sərgi-satış mərkəzi Qəbələ rayonunun Duruca kəndi, “Tufandağ” dağ-xizək kurortunun ərazisində yerləşir. Fins.az xəbər verir ki, mərkəzdə təqdim olunan dekorativ-tətbiqi xalq sənətkarlığı nümünələri turistlərin böyük marağına səbəb olub.

Mərkəz xüsusi dizayn əsasında hazırlanıb və divarları şəbəkə ilə işlənilib, işıqlandırılma sistemi quraşdırılıb. Sərgi-satış mərkəzində Azərbaycanın ən müxtəlif regionlarından nəfis əl işləri, bal, mürəbbə və cemlər təqdim olunub. Bütün məhsullar onu istehsal etmiş sənətkarın, ailə təsərrüfatının loqotipi ilə işarələnib və üzərində xüsusi “ABAD” leybli yerləşdirilib. Bu loqotip və “ABAD” leyblinin olması həmin məhsulun orijinallığından xəbər verir.

Qeyd edək ki, yeni sərgi-satış mərkəzinin art kafe kimi fəaliyyət göstərməyi də planlaşdırılır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276