SOSİUM

Nazirlik: Bu ilkindən də isti keçən yanvar ayları olub
09 YANVAR
326

Nazirlik: Bu ilkindən də isti keçən yanvar ayları olub

2018-01-09 15:16:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bu ilki qış mövsümünün indiyədək olan dövrü ərzində müşahidə edilən hava şəraitinin qış üçün xarakterik olub-olmamasına aydınlıq gətirib.

ETSN-in Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib ki, bu qış dağlıq ərazilərdə şaxtalı hava müşahidə edilsə də, Bakıda və Abşeron yarımadasında hələ şaxtalı hava müşahidə edilməyib: "Bu il yanvarda Bakıda gündüz saatlarında 7-10 dərəcə isti qeydə alınıb ki, bu da iqlim normasına yaxın və ondan bir qədər yüksəkdir".

A.Verdiyev bildirib ki, Bakıda və Abşeron yarımadasında bu ilkindən də isti keçən yanvar ayları qeydə alınıb: "Son 20 il ərzində ən isti yanvar ayı 2004-cü ildə olub. Həmin il yanvar ayının I ongünlüyündə orta aylıq temperatur iqlim normasından 2,4 dərəcə yüksək olub. İsti yanvar ayları 2005, 2007, 2011, 2013, 2014, 2015-ci illərdə də qeydə alınıb. Bakıda və Abşeron yarımadasında bu il qeydə alınan temperatur aşağı olmasa da, qış üçün xarakterikdir. 2013-cü ildə yanvar ayında gündüz saatlarında 15-19 dərəcə isti, 2015-ci ildə isə 15 dərəcə isti qeydə alınıb".

A.Verdiyev son 20 il ərzində ən soyuq yanvar ayının 2008-ci ildə qeydə alındığını da söyləyib.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256