SOSİUM

Çaylarda və transsərhəd çaylarda mövcud vəziyyət
08 YANVAR
141

Çaylarda və transsərhəd çaylarda mövcud vəziyyət

2018-01-08 11:49:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın QubaXaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-150, Kiçik Qafqazın çaylarında 180-220, Lənkəran-Astara bölgəsi çaylarında 120, Naxçıvan MR çaylarında isə 220 faizini təşkil edir.
Yanvarın 5-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 211 kubmetr olmaqla ongünlük normanın 129 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 147 kubmetr olmaqla ongünlük normanın 90 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 70 kubmetr olmaqla, ongünlük normanın 99 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 53 kubmetr təşkil edərək ongünlük normanın 75 faizinə bərabər olub.
Milli Hidrometeorologiya Departamentinin məlumatında daha sonra bildirilir ki, yanvarın 5-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının səviyyəsi Surra məntəqəsində 6, Şirvanda 8, Salyanda və Araz çayının Novruzlu məntəqəsində 4 sm artıb, Bankə məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 394 sm (2017-ci il yanvarın 5-də 468 sm), Şirvanda 267 sm, Salyanda 227 sm, Bankədə 213, Araz çayının Novruzlu məntəqəsində isə 127 sm təşkil edir.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0069
  • ₽ RUB
    0.0273