SOSİUM

Proqnozlar Bürosu: Sabit hava şəraiti hələ davam edəcək
28 DEKABR 2017
217

Proqnozlar Bürosu: Sabit hava şəraiti hələ davam edəcək

2017-12-28 12:00:00

Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, dekabr ayının 29-30-da ölkə ərazisində hava şəraiti sabit, gün ərzində əsasən yağmursuz keçəcək: “Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Bəzi yerlərdə duman olacaq".

Direktorun sözlərinə görə, növbəti iki gün ərzində hava şəraitində mühüm dəyişiklik gözlənilmir: "Havanın temperaturu günorta saatlarında 12-17, Bakıda və Abşeron yarımadasında 9-14, dağlıq ərazilərdə isə 8-13 dərəcə isti təşkil edəcək".

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276