SOSİUM

DİM sədri: "Nazirlər Kabineti yeni qəbul qaydalarını yanvarda təsdiqləməlidir"
28 DEKABR 2017
305

DİM sədri: "Nazirlər Kabineti yeni qəbul qaydalarını yanvarda təsdiqləməlidir"

2017-12-28 10:41:00

2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul qaydalarında ciddi dəyişiklik edilməyəcək.

Fins.az-ın xəbərinə görə, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

DİM sədri bildirib ki, bu qaydalar demək olar 2017-2018-ci tədris ilinin qəbul qaydaları ilə eyni olacaq: "Biz qəbul qaydaları ilə bağlı hazırladığımız layihədə qeyd etmişik ki, iki dəfə imtahan verən şəxslər müxtəlif ixtisas qruplarını seçə bilərlər. Təhsil və Ədliyyə nazirlikləri bu məsələ ilə bağlı razılığını bildirib. Lakin qaydalarNazirlər Kabineti tərəfindən təsdiqlənməlidir. Ümid edirəm yanvar ayında Nazirlər Kabineti bu məsələyə baxacaq və qaydalar təsdiqlənəcək".

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258