SOSİUM

Samir Şərifov: "Müəllimlərin maaşları artırılacaq"
28 DEKABR 2017
646

Samir Şərifov: "Müəllimlərin maaşları artırılacaq"

2017-12-28 10:39:00

"2018-ci ilin dövlət büdcəsində təhsil sahəsində xərclərdə kifayət qədər böyük artım var".

Fins.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov AZTV-yə müsahibəsində bildirib

Onun sözlərinə görə, təhsil sahəsində xərclərin artımı prezident İlham Əliyev tərəfindən təsdiqlənən proqrama uyğun olaraq orta məktəblərdə çalışan müəllimlərin əmək haqlarının artırılması istiqamətində aparılan məqsədyönlü tədbirlərin aparılması ilə bağlıdır: "Burada böyük işlər görülür. Artıq diaqnostik qiymətləndirmə işləri başa çatmaq üzrədir. Bununla əlaqədar müəllimlərin əmək haqları əhəmiyyətli dərəcədə artıb. Həm məktəb direktorlarının, həm də müəllimlərin əmək haqları yüksəlib. Artıq çox bacarıqlı, savadlı, səriştəli müəllimlər yüksək maaş almaq imkanını qazanıblar".

 

2018-ci ildə bu tendensiyanın davam edəcəyini deyən nazir qeyd edib ki, diaqnostik qiymətləndirmələrin başa çatdırılır və sınaqdan keçən müəllimlər məvaciblərini artırmaq imkanı qazanırlar. Maliyyə naziri əlavə edib ki, orta hesabla müəllimlərin əmək haqları 35% artıb: "Bəzi kateqoriyalar üzrə müəllimlərin əmək haqqı artımı daha yüksəkdir. Gələn il təhsil xərclərində artım bu məqsədlərə də xidmət edəcək".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276