SOSİUM

Mətbuat Şurası 3 sayta xəbərdarlıq edib, 1 saytın adı “qara siyahı”ya salınıb
26 DEKABR 2017
626

Mətbuat Şurası 3 sayta xəbərdarlıq edib, 1 saytın adı “qara siyahı”ya salınıb

2017-12-26 17:05:00

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

Şuradan verilən məlumata görə, iclasın gündəliyindəki ilk məsələ Milli Məclisin deputatı Elmira Axundovanın “Kriminal.az” saytına qarşı şikayəti olub.

Sayta xəbərdarlıq edilib və gələcəkdə məsələlərə həssas yanaşmaq tövsiyə olunub.

“Dosye.az” və “Vetenperverler.az” saytlarına qarşı edilmiş şikayət əsasında “Vetenperverler.az”a xəbərdarlıq olunub. “Dosye.az” saytı ilə əlaqədar toplanmış materialların isə Şuranın “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında araşdırılmasına dair rəy çıxarılıb.

Nərimanov Rayon İcra Hakimiyyətinin şikayəti əsasında “Gundemxeber.az” saytının adı “qara siyahı”ya salınıb.

“Anaxeber.com” saytı ilə bağlı çıxarılmış rəyə əsasən sözügedən sayta qarşı tərəfin mövqeyini əks etdirən mətni yayımlama tövsiyə edilib.

“Amerikapress.com”un qarşı tərəfin mövqeyinə etinasız yanaşması nəzərə alınaraq sayta xəbərdarlıq edilib.

“Təzadlar” qəzetinə qarşı şikayət əsassız sayılıb.

“Reallıq.info” saytı ilə bağlı şikayətinin müzakirəsinin yekununda rəyə gəlinib ki, sözügedən saytla əlaqədar materialların hüquq-mühafizə orqanlarına göndərilməsinə ehtiyac var.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256