SOSİUM

Ekspert: Növbəti il maaş artımı gözlənilir
26 DEKABR 2017
296

Ekspert: Növbəti il maaş artımı gözlənilir

2017-12-26 15:09:00

“Minimum əməkhaqqının 116 manatdan 130 manata qədər artırılmasının istehsal bazarına təsir etməsi gözlənilmir”.

Fins.az xəbər verir ki, bunu  iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

V. Bayramovun sözlərinə görə, növbəti aylarda qiymət artımı baş versə, bu, süni artım olacaq: 

“Çünki adətən, orta aylıq əməkhaqqının artımı bazara təsir göstərir, minimum əməkhaqqının artımı yox”.

Ekspert bildirib ki, minimum əməkhaqqı o anlama gəlir ki, özəl və dövlət şirkəti minimum əməkhaqqından aşağı əməkhaqqı vermir: 

“Deyilənləri nəzərə alaraq demək olar ki, minimum əməkhaqqının məbləğinin artımı istehlak bazarına təsir etməyəcək, bazara təsiri minimumdur. Əgər qiymət artımı olacaqsa, bu, iqtisadi baxımdan əsaslandırılmış qiymət artımı yox, süni artım olacaq”. 

V. Bayramov güman edir ki, minimum əməkhaqqının artımı 2018-ci ildə dövlət və digər sektorlar üzrə əməkhaqlarının artımına şərait yaradacaq:

“Minimum əməkhaqqının məbləğinin artırılması xüsusən dövlət sektorunda çalışanlar üçün baza formalaşdırır. Əlavə olaraq neftin mövcud qiymətini nəzərə alsaq, növbəti ildə maaşların artımı mümkün olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255