SOSİUM

I qrup gözdən əlillər təhsil haqqından azad edilə bilər
14 DEKABR 2017
228

I qrup gözdən əlillər təhsil haqqından azad edilə bilər

2017-12-14 15:54:00

Azərbaycanda I qrup gözdən əlillərin təhsil haqqından azad edilməsi təklif olunur.

Fins.az-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli komitənin bu gün keçirilən iclasında deyib.

Komitə sədri bildirib ki, I qrup gözdən əlillərin təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi variantına baxıla bilər:

"Dünən qəbuluma I qrup gözdən əlil olan 2 nəfər gəlmişdi. Onların hər ikisi konservatoriyaya daxil olub. Təhsil haqqı təxminən 2000 manatdır. Mənim hesablamalarıma görə, ali təhsil ocaqlarında 18 nəfər gözdən əlil təhsil alır. Bu vəsait bir ildə təxminən 100 min manatdan çox etməyəcək. Ola bilər ki, gələn sessiyada da bu məsələ barədə müzakirə aparaq. Çalışaq ki, həmin insanların bu problemi də həll edilsin".

H.Rəcəbli qeyd edib ki, I qrup gözdən əlillərə digər qrup əlillərdən iki dəfə çox müavinət verilir: "Onlar əmək pensiyasına çıxanda da belədir. Digər hallarda da onlara imtiyazlar verilir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301