SOSİUM

Hava buludlu olacaq, arabir yağış yağacaq
13 DEKABR 2017
170

Hava buludlu olacaq, arabir yağış yağacaq

2017-12-13 12:38:00

Bakı və Abşeron yarımadasında dekabrın 14-də havanın buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

ETSN-dən Fins.az-a verilən məlumata görə, havanın temperaturu gecə  5-7° isti, gündüz  9-12° isti, Bakıda gecə  5-7° isti, gündüz  10-12° isti olacaq.

Atmosfer  təzyiqi  normadan yüksək 766  mm civə sütunu təşkil edəcək.

Nisbi  rütubət  75-85 % olacaq. 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var.

Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz  4-9° isti  təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301