SOSİUM

Ədliyyə işçilərinə müalicə üçün birdəfəlik müavinət yalnız nağdsız qaydada veriləcək
12 DEKABR 2017
365

Ədliyyə işçilərinə müalicə üçün birdəfəlik müavinət yalnız nağdsız qaydada veriləcək

2017-12-12 15:38:00

Azərbaycanda ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinət yalnız nağdsız qaydada veriləcək.

Fins.az-ın xəbərinə görə, bununla bağlı ədliyyə naziri Fikrət Məmmədov “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən, qaydanın 3-cü (Müavinətin ödənilməsi) maddəsinin 2-ci bəndindən “nağd” sözü çıxarılıb. Yəni ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinət yalnız nağdsız qaydada ödəniləcək.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0069
  • ₽ RUB
    0.0273