SOSİUM

Duman, çiskin olacaq, şaxta gözlənilir
08 DEKABR 2017
1528

Duman, çiskin olacaq, şaxta gözlənilir

2017-12-08 12:40:00

Bakı və Abşeron yarımadasında dekabrın 9-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi  gündüz cənub küləyi ilə əvəz olunacaq.

ETSN-dən Fins.az-a verilən məlumata görə, havanın temperaturunun gecə  2-5° isti, gündüz  8-10° isti, Bakıda gecə  2-4° isti, gündüz  8-10° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  normadan  yüksək  770  mm civə sütunu təşkil edəcək.

Nisbi  rütubət  gecə  75-85 % , gündüz  50-55 % olacaq.  

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 11-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. 

Qərb  küləyi  əsəcək. 

Havanın temperaturunun gecə  2° şaxtadan 3°-dək isti, gündüz  6-11° isti, dağlarda gecə 1-6°, yüksək dağlıq ərazilərdə 2-7° şaxta, gündüz  2-7° isti olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1060
  • ₽ RUB
    0.0301