SOSİUM

Ssenari müsabiqəsi elan olundu – ŞƏRTLƏR
07 DEKABR
143

Ssenari müsabiqəsi elan olundu – ŞƏRTLƏR

2017-12-07 14:27:00

Kinematoqrafiya sahəsində fəaliyyət göstərən gənclərin yaradıcılığını stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qısametrajlı bədii film layihələri müsabiqəsi elan olunub.

Fins.az-n məlumatına görə, müsabiqədə film istehsalı ilə məşğul olan müstəqil kino şirkətləri iştirak edə bilər. Müsabiqəyə qatılmaq istəyən müstəqil fəaliyyət göstərən gənc müəlliflər işlərini kino prodüser mərkəzlərinə təqdim etməlidirlər. 

Müsabiqəyə təqdim edilən kino layihələrinin prodüseri və rejissoru 35 yaşa qədər kinematoqrafçılar olmalıdır.

Sənədlər eyni deviz altında olan iki bağlı zərfdə  2018-ci il aprelin 10-dək Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunmalıdır. Birinci zərfdəki sənədlər paketinə aşağıdakılar daxildir:

- çəkilişi rəqəmli daşıyıcıda nəzərdə tutulan, istənilən növ, janr və formatda olan azbüdcəli qısametrajlı bədii filmin ədəbi  ssenarisi;

- adlar qeyd edilmədən filmin rejissoru və prodüserinin gələcək film haqqında hər biri 1 səhifəlik şərhləri;

- layihənin təxmini smeta dəyəri;

- filmin istehsal müddəti haqqında məlumat.

Üzərində eyni deviz qeyd edildiyi ikinci bağlı zərfin içində müsabiqə iştirakçısı olan kino şirkətinin adı, dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti, poçt və bank rekvizitləri, həmçinin rejissorun, ssenari müəllifinin, prodüserin adları və əlaqə telefonları qeyd olunmalıdır.

Qaliblərin adları gələn ilin aprelin 20-dək açıqlanacaq.

Münsiflər heyətinin seçdiyi qalib layihələr “Azərbaycanfilm” kinostudiyasının istehsalat bazasında və kinostudiyanın maliyyə təminatı ilə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında həmin layihələri təqdim etmiş şirkətlər tərəfindən çəkiləcək. 

© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287