SOSİUM

Qubanın dağlıq ərazilərinə 28 sm hündürlüyündə qar yağıb
07 DEKABR
99

Qubanın dağlıq ərazilərinə 28 sm hündürlüyündə qar yağıb

2017-12-07 10:01:00

Ötən gün axşam saatlarından başlayaraq, şimal bölgəsinin əksər yaşayış məntəqəsindəhava yağışlı olub.

Fins.az-ın məlumatına görə, dağlıq və dağətəyi ərazilərdə isə qar və sulu qar müşahidə edilib. Qarın hündürlüyü 2-28 sm arasında dəyişir. Ən çox yağıntı Qubanın Xınalıq kəndinə düşüb. Burada qarın hündürlüyü 28 sm-ə çatır. Qubanin Xaltan kəndində 19 sm, Qırızda 20 sm, Qonaqkənddə 18 sm, rayon mərkəzində 3 sm, Qusarın Ləzə kəndində 20 sm hündürlüyündə qar düşüb.

Dağlıq ərazilərdə temperatur mənfi 8 dərəcəyə kimi enib. 

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0012
  • ₽ RUB
    0.0288