SOSİUM

Milli parklara onlayn bilet almaq imkanı
05 DEKABR
166

Milli parklara onlayn bilet almaq imkanı

2017-12-05 16:35:00

Ölkə ərazisindəki 9 milli parka onlayn bilet əldə etmək mümkündür.

Fins.az bu barədə Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, hazırda ölkə ərazisində 9 milli park (Akademik H.Əliyev adına Zəngəzur Milli Parkı, Ağgöl Milli Parkı, Şirvan Milli Parkı, Hirkan Milli Parkı, Altıağac Milli Parkı, Abşeron Milli Parkı, Şahdağ Milli Parkı, Göy-göl Milli Parkı, Samur-Yalama Milli Parkı) fəaliyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarında elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının icrası ilə əlaqədar, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti 2012-ci ilin avqust ayından elektron xidmətlərin təşkili sahəsində Milli Parklara onlayn bilet satışına başlayıb.

ETSN-in elektron xidməti vasitəsilə aşağıda qeyd olunan linkə daxil olaraq Milli Parklara onlayn bilet əldə etmək mümkündür - https://e-xidmet.eco.gov.az/index.php?lang=az§ionid=3.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0012
  • ₽ RUB
    0.0288