SOSİUM

Bakıda bayram yarmarkaları fəaliyyətə başladı
05 DEKABR
109

Bakıda bayram yarmarkaları fəaliyyətə başladı

2017-12-05 14:30:00

Bakıda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 yanvar - Yeni il münasibətilə bayram yarmarkalarına start verilib.

Fins.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.

Qurum rəsmisi bildirib ki, artıq bir neçə ərazidə yarmarka çadırları qurulub və fəaliyyətə başlayıb: "Artıq metronun "Elmlər Akademiyası, "28 May", "Nəriman Nərimanov", "Koroğlu", "Neftçilər" və "İnşaatçılar" stansiyalarının qarşısında çadırlar qurulub".

Onun sözlərinə görə, çadırların digər ərazilərdə quraşdırılması prosesi davam etdirilir: "Müxtəlif yerlərdə təxminən 12-13 çadırın təşkili nəzərdə tutulur. Çadırların quraşdırılmasında məqsəd bayram ərəfəsində küçələrdə pərakəndə satışların qarşısını almaq və bazar qiymətlərinə nisbətən ucuz məhsullar təklif etməkdir".

Ə.Bağırov bildirib ki, bayram yarmarkaları 2018-ci il yanvarın 3-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287