SOSİUM

Milli Məclis 2018-ci il üçün yaşayış minimumunu təsdiq edib
01 DEKABR 2017
1233

Milli Məclis 2018-ci il üçün yaşayış minimumunu təsdiq edib

2017-12-01 17:56:00

Bu gün parlament “Azərbaycan Respublikasının 2018-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsini təsdiq edib.

Fins.az-ın verdiyi xəbərə görə, 2018-ci ildə Azərbaycanda yaşayış minimumu 173 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat proqnozlaşdırılır.

2017-ci ildə yaşayış minimumu 155 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat və uşaqlar üçün 136,6 manatdır.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277