SOSİUM

Millət vəkili Milli Məclisin Silahlı Qüvvələrə nəzarət etməsini təklif edib
01 DEKABR 2017
208

Millət vəkili Milli Məclisin Silahlı Qüvvələrə nəzarət etməsini təklif edib

2017-12-01 14:07:00

“Milli Məclis Silahlı Qüvvələrə nəzarət etməlidir”.  
Fins.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev deyib. Milli Məclisin dövlət büdcəsinin icrasına nəzarət etdiyini xatırladan millət vəkili qeyd edib ki, hər il büdcədən Silahlı Qüvvələr üçün vəsait ayrılır: “Hesab edirəm ki, Milli Məclis Silahlı Qüvvələrə nəzarət etməlidir. Heç bir halda Silahlı Qüvvələr parlament nəzarətindən kənarda saxlanıla bilməz”.
Q. Həsənquliyev qanun layihəsində Silahlı Qüvvələrin hərbi qulluqçularının hərbi xidmət vəzifələrinin icrası maddəsinə yeni maddənin əlavə edilməsini təklif edib.
“Qanunda birmənalı şəkildə qeyd olunur ki, Silahlı Qüvvələrin hərbi qulluqçuları hərbi xidmət vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrin hərbi nizamnamələrinin tələblərini, komandir və rəislərin qəbul etdiyi qərarları, əmr və sərəncamlarını icra edirlər. Konstitusiyanın 54-cü maddəsinin II hissəsinə görə dövlətə qarşı qiyam və ya dövlət çevrilişinə müstəqil müqavimət göstərmək hər bir Azərbaycan vətəndaşının hüququdur. Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri də Azərbaycan vətəndaşlarıdır. Buna görə də, dövlətə qarşı qiyam və yaxud dövlət çevrilişi cəhdi zamanı əsgər və zabitləri Konstitusiyaya zidd əmr və sərəncamları icra etməməlidir. Bununla bağlı qanuna müddəanın salınmasını təklif edirəm. Bu müddəa “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” öz əksini tapmalıdır”, - deyə Q. Həsənquliyev vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301