SOSİUM

Əli Əhmədov: “Qeyri-rəsmi məşğulluq gələcəkdə insanların pensiya almasını qeyri-mümkün edir”
30 NOYABR
189

Əli Əhmədov: “Qeyri-rəsmi məşğulluq gələcəkdə insanların pensiya almasını qeyri-mümkün edir”

2017-11-30 12:16:00

“Azərbaycanda qeyri-rəsmi məşğulluğun aradan qaldırılması hökumət qarşısında duran əsas vəzifələrdən biridir”.

Fins.az-ın məlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov bu gün keçirdiyi brifinqdə deyib.

Baş nazirin müavini bildirib ki, qeyri-rəsmi məşğulluq vergidən yayınmaya səbəb olur. “Qeyri-rəsmi məşğulluq insanların sosial və əmək hüquqların qorunmasını qeyri-mümkün edir, insanların gələcəkdə pensiya almaq hüququnu məhdudlaşdırır. Qeyri-rəsmi məşğulluq nəticəsində Dövlət Sosial Müdafiə Fonduna qanunla ödənilməli olan ödənişlərin ödənilmir ki, bu da gələcəkdə insanların pensiya almasını qeyri-mümkün edir”.

Ə.Əhmədov vurğulayıb ki, qeyri-rəsmi məşğulluq həmçinin Azərbaycanda insanların məşğulluğu ilə bağlı dəqiq satistikanın aparılmasına mane olur. Ə.Əhmədov əlavə edib ki, qeyri-rəsmi məşğulluq “qara mühasibatlıq” deyilən amilin ortaya çıxması üçün ən mühüm səbəbdir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+5°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0287