SOSİUM

Yağıntılı hava şəraiti dekabrın 1-i gündüzədək davam edəcək
29 NOYABR
165

Yağıntılı hava şəraiti dekabrın 1-i gündüzədək davam edəcək

2017-11-29 16:05:00

Yaxın üç gün ərzində ölkə ərazisində sabit hava şəraiti davam edəcək. Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə yağış yağacağı, mülayim şimal-şərq küləyinin əsəcəyi ehtimalı var. Havanın temperaturunun 8-11° isti təşkil edəcəyi gözlənilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova məlumat verib.

“Azərbaycanın bəzi rayonlarında arabir yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Havanın temperaturunun bölgələrdə 7-12°, dağlıq ərazilərdə 1-6° isti olacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında, eləcə də bölgələrdə yağıntılar dekabrın 1-i gündüzədək qədər davam edəcək”, - deyə G.Məmmədova qeyd edib.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0116
  • ₽ RUB
    0.0290