SOSİUM

Xəzəryanı ölkələr nərə balıqlarının ovlanmasına qadağanın müddətini daha bir il artırıb
27 NOYABR 2017
338

Xəzəryanı ölkələr nərə balıqlarının ovlanmasına qadağanın müddətini daha bir il artırıb

2017-11-27 16:26:00

Xəzəryanı dövlətlər - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan Xəzər dənizində nərə cinsli balıqların ovlanmasına qadağanın müddətini 2018-ci il üçün uzadıb.

Fins.az xəbər verir ki, qərar Bakıda keçirilən Xəzər dənizinin su bioresurslarının qorunması, rasional istifadəsi və birgə ehtiyatlarla onların idarə olunması üzrə Komissiyanın ilk sessiyasının yekununda qəbul edilib.

Məlumatda bildirilir ki, Komissiyanın ikinci iclasında moratoriumun daha böyük müddətə uzadılması imkanı nəzərdən keçiriləcək.

Qeyd edək ki, hazırda Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanda nərə balıqlarının kommersiya məqsədilə ovlanmasına moratorium tətbiq edilir.

Əlavə edək ki, Xəzər dənizinin su bioresurslarının qorunması, rasional istifadəsi və birgə ehtiyatlarla onların idarə olunması üzrə Komissiya 2014-cü ilin sentyabr ayında Həştərxanda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndələrinin imzaladığı razılaşmaya əsasən yaradılıb. 2016-cı ilin yazında sənəd ratifikasiya edilib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301