SOSİUM

Bakı daha bir beynəlxalq yarışa ev sahibliyi edəcək
27 NOYABR
196

Bakı daha bir beynəlxalq yarışa ev sahibliyi edəcək

2017-11-27 11:58:00

25 noyabr 2017-ci il tarixində Xorvatiyanın Zaqreb şəhərində Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında, 2019-cu ildə keçiriləcək Yeniyetmələrin Avropa Olimpiya Festivalına Bakının ev sahibliyi etməsi ilə bağlı imzalanma mərasimi və təqdimatı keçirilib.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, mərasimdə müqaviləni gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, AOK-un prezidenti Janez Koçijançiç, baş katib Rafael Paqnozzi imzalayıblar.

Həmçinin, tədbirdə Bakı 2019 Yeniyetmələrin Avropa Olimpiya Festivalına dair təqdimat Gənclər və İdman naziri (GİN) Azad Rəhimov və GİN-in Beynəlxalq əlaqələr şöbəsinin rəisi Namiq Novruzov tərəfindən keçirilib.

© Sputnik Azərbaycan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0012
  • ₽ RUB
    0.0288