SOSİUM

Bələdiyyələrə siqaret çəkilməsinin məhdudlaşdırılması ilə bağlı səlahiyyət verilir
24 NOYABR
268

Bələdiyyələrə siqaret çəkilməsinin məhdudlaşdırılması ilə bağlı səlahiyyət verilir

2017-11-24 16:34:00

Azərbaycanda tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması ilə bağlı bələdiyyələrə səlahiyyət verilir.

Fins.az-ın xəbərinə görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bildirilib ki, ikinci oxunuşda qəbul edilən "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsində tədbirlərdə bələdiyyələrin aktiv iştirakı nəzərdə tutulurdu.

Parlamentdə üçüncü oxunuş üçün hazırlanan qanun layihəsində isə bələdiyyələrə əlavə səlahiyyət verilir. Yəni bələdiyyələr tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması sahəsində addımlar atacaqlar. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289