SOSİUM

Bu il baş verən zəlzələlərin STATİSTİKASI – Ən güclü zəlzələ harda olub?
24 NOYABR
118

Bu il baş verən zəlzələlərin STATİSTİKASI – Ən güclü zəlzələ harda olub?

2017-11-24 14:48:00

Bu il Azərbaycan və ona bitişik ərazilərdə 5729 zəlzələ baş verib.

Bu barədə  Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, bu ilin əvvəlindən indiyədək olan dövr ərzində Azərbaycan daxilində 3642 yeraltı təkan qeydə alınıb. Onların 25-i hiss olunub.

Bu il ən güclü zəlzələ noyabrın 15-də 5,7 maqnituda ilə Ağdam rayonunda baş verib.

Qeyd edək ki, noyabrın 15-də gecə saat 23:48 radələrində Azərbaycanda zəlzələ olub. Zəlzələ əsasən Ağdam, Bərdə, Tərtər və Mingəçevirdə daha çox hiss olunub. Yeraltı təkanlar Ağdamda 6, Tərtər və Bərdədə isə 5-5,7 bal gücündə hiss edilib.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289