SOSİUM

Teleradiolar pulsuz dərman və tibbi xidmət reklamına görə 8 min manata qədər cərimələnə bilər
24 NOYABR 2017
300

Teleradiolar pulsuz dərman və tibbi xidmət reklamına görə 8 min manata qədər cərimələnə bilər

2017-11-24 14:43:00

İnzibati Xətalar Məcəlləsinə yeni 428.4-1 maddəsinin əlavə edilməsi təklif olunur.

Fins.az-ın məlumatına görə, təklif olunan maddədə Azərbaycanda pulsuz dərman vasitələrinin və tibbi xidmətlərin reklamı televiziya və radio yayımında qadağan edilir, buna əməl etməyən yayımçılarla bağlı cəzalar müəyyənləşdirilir. Qeyd olunur ki, dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsi teleradio yayımçısı tərəfindən törədildikdə vəzifəli şəxslər 1500 manatdan 2500 manata qədər, hüquqi şəxslər 5000 manatdan 8000 manata qədər cərimələnəcək.

Layihə Milli Məclisin dekabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276