SOSİUM

Azərbaycanda 2 milyon 600 yüz min uşaq var
24 NOYABR
186

Azərbaycanda 2 milyon 600 yüz min uşaq var

2017-11-24 12:16:00

"Hazırda ölkədə iki milyon altı yüz minə yaxın uşaq var".

Fins.az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova YAP-ın saytına müsahibəsində deyib. 

Komitə sədri qeyd edib ki, dövlət tərəfindən mütəmadi olaraq qaçqın və məcburi köçkün uşaqlar üçün xidmətlərin təminatına, böyüməkdə olan nəslin sağlamlığına, təhsilinin inkişafına, hüquqlarının müdafiəsinə, uşaq iştirakçılığına yönəlmiş tədbirlər keçirilir.

"Respublikanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artırılmasına səbəb olub. Xüsusilə də "Uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq" devizini irəli sürən Mehriban xanım uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirir", - deyə H. Hüseynova bildirib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289