SOSİUM

Deputat: “Azərbaycanda tikinti sektorunda çalışanların pensiya yaşı müəyyənləşməlidir”
23 NOYABR
149

Deputat: “Azərbaycanda tikinti sektorunda çalışanların pensiya yaşı müəyyənləşməlidir”

2017-11-23 16:53:00

“Azərbaycanda pensiya sisteminə keçid sahəsindəMDB ölkələri ilə müqayisədə mühüm addımlar atılıb. Buna baxmayaraq müəyyən məsələlər qalmaqdadır, Azərbaycanda ağır işdə çalışanların pensiya yaşının digərləri ilə eyni olması məsələsi diqqəti cəlb edir”.

Fins.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisdə 2018-ci il üzrə büdcə müzakirələri zamanı bildirib

O qeyd edib ki, Azərbaycanda  pensiyaya çıxan zaman ağır işlər siyahısında əsasən, kimyəvi zavodlar və digər yerlər nəzərdə tutulur: “Bu da işləyənlərin 2-3 faizini əhatə edir. Lakin elə sahələr var ki, onlar ağır iş kimi nəzərdə tutulmayıb. Bizdə pensiya yaşı 65-dir.  Belə olan halda, kiminsə 63 yaşı varsa, tikintidə işləmək gücü yoxdursa, necə kubik daşıyıb, asfalt tökməlidir? Buna görə də belə insanlar müəyyən yollarla əlillik dərəcəsi, alıb pensiyaya çıxırlar. Bu cür kateqoriyalı insanların siyahısı hazırlanmalıdır.  Azərbaycanda tikinti sektorunda çalışanların pensiyaya hansı yaşda çıxmağı müəyyənləşməlidir. Müəllimlər, alimlərlə birgə tikintidə işləyənlərə də pensiya yaş həddini oymaq  düzgün deyil.  Bu təbəqənin hüquqlarını qorumalıyıq. Digər ölkələrdə 25 il bir yerdə çalışanların pensiyaya çıxmaq hüququ var”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289