SOSİUM

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? – RƏSMİ
23 NOYABR 2017
415

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? – RƏSMİ

2017-11-23 12:19:00

 "Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti noyabın 25-i gündüz saatlarınadək davam edəcək".

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, noyabrın 23-24-ü bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı ehtimal olunur: "Bu günlərdə ölkə ərazisində havanın temperaturu gündüz 9-13, gecə 7-9, rayonlarda gecə 3-8, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir". 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256