SOSİUM

MM-də rayonlara investisiya qoymaq səlahiyyətinin verilməsi təklif olunub
21 NOYABR
169

MM-də rayonlara investisiya qoymaq səlahiyyətinin verilməsi təklif olunub

2017-11-21 16:28:00

Milli Məclisdə büdcə öhdəliyini tam yerinə yetirən rayonlara investisiya qoymaq səlahiyyətinin verilməsini təklif olunub.

Fins.az-ın məlumatına görə, belə bir təşəbbüslə Milli Məclisin iclasında 2018-ci il üzrə büdcə müzakirələri zamanı YAP icra katibinin müavini, deputatSiyavuş Novruzov çıxış edib. 

“Büdcəyə öhdəliyini tam ödəyən rayonlara imkan verilsin ki, öz büdcəsi ilə investisiyalar qoysun. Bu regionların daha da inkişaf etməsi üçün imkanlar yaradar”, - deyə o vurğulayıb. 

S. Novruzov həmçinin sözügedən bölgələrdə özəl məktəblərin açılmasını təklif edib: “İndi bu ancaq Gəncədə var. Amma tək Gəncədə yox, digər yerdə də özəl təmayüllü məktəblər açılsın, xarici dilə marağı olan valideynlər öz hesabına uşaqlarını ora yerləşdirsinlər. Bu da yaxşı imkanlar yaradar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289