SOSİUM

"Qarabağ - Çelsi" oyununa bütün biletlər satılıb
20 NOYABR
199

"Qarabağ - Çelsi" oyununa bütün biletlər satılıb

2017-11-20 14:56:00

Noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ"- "Çelsi" oyunu üçün satışa çıxarılan bütün biletlər satılıb.

Bu barədə açıqlamasında "Qarabağ" futbol komandasının mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.

Fins.az xəbər verir ki, artıq oyun üçün nəzərdə tutulan 67 min 500 biletin hamısı satılıb: "Oyunu izləmək üçün 1000 xarici azarkeş bilet alıb. Qalanları yerli azarkeşlərdir. Artıq biletlərin hamısı satılıb".

Qeyd edək ki, noyabrın 22-də Bakıda Çempionlar Liqasının V turu çərçivəsində Ağdamın "Qarabağ" komandası İngiltərə təmsilçisi “Çelsi” ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289